Hadisə
Azərbaycanda gənc şairin intiharının dəhşətli SƏBƏBLƏRİ ÜZƏ ÇIXDI - ŞOK FAKTLAR
Noyabrın 23-də gənc şair Şaiq Sadıqzadənin intihar etməsi ilə bağlı cinayət işi açılıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı Şaiq Sadıqzadənin özünü ağacdan asaraq intihar etməsi ilə bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, rayon məktəblərindən birində coğrafiya müəllimi işləyən Ş.Sadıqzadə barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkət qaydalarının pozulmasının ölümə səbəb olması) ilə iş olub və Goranboy rayon Polid İdarəsində icraatda imiş. Belə ki, oktyabrın 11-də saat 8 radələrində rayonun Aşağı Ağcakənd kəndi ərazisində Kamran Quliyevin idarə etdiyi “Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı gənc şair və müəllim Şaiq Sadıqzadə nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edib. İstintaq müddəti üçün sərbəst buraxılan Ş.Sadıqzadənin daha sonra həbs ehtimalı olub. Bu səbəbdən, eləcə də qəzada insan itkisinin olması Şaiqdə dərin psixoloji sarsıntılar yaradıb və o, həyatına son qoyub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Ş.Sadıqzadə Lənkəran Dövlət Universitetinin məzunu olub və coğrafiya müəllimi işləyirmiş. O, tələbə olarkən ixtira etdiyi cihazla gündəmə gəlmişdi.
Nizam
-
Dünya03:43İranın Oman körfəzində gəmisi qalmadı - Hamısı batırıldı
-
ABŞ02:19Trampa nə olub? - Boynundakı qızartı diqqət çəkdi
-
Qoroskop01:40Günün qoroskopu: köhnə borclar və ya unudulmuş ödənişlər gündəmə gələcək
-
İnanc00:15Bu gün Od çərşənbəsidir
-
ABŞ2 Mart 20:36Böyük dalğa hələ başlamayıb - Trampdan İrana xəbərdarlıq
-
Dünya2 Mart 20:24Qətər İran ərazisindən uçan iki Su-24 təyyarəsini vurdu
-
İnanc2 Mart 19:40Ramazanın 13-cü gününün duası - İftar və imsak vaxtları
-
Region2 Mart 18:20Xameneinin həyat yoldaşı da öldü - Foto















.jpg)















.jpg)






