Hadisə
Bakıda faciəvi şəkildə ölən müəllimənin FOTOLARI
Xəzər rayon Binə qəsəbəsi 117 saylı orta məktəbi mayın 7-nə keçən gecə Baku Medical Plaza klinikasında müəllimə Lətafət Şirəliyevanın ölümü ilə bağlı başsağlığı yayıb.
Publika.az xəbər verir ki, məktəbdə ibtidai sinif müəlliməsi kimi çalışmış L.Şirəliyevanın ruhu bir dəqiqəlik sükutla anılıb.
Qeyd edək ki, L.Şirəliyeva 12 illik həsrətdən sonar əməliyyat yolu ilə övlad dünyaya gətirib. Lakin sonradan onun səhhəti ağırlaşıb və yenidən Baku Medical Plazaya yerləşdirilib. Bir müddət xəstəxananın reanimasiya şöbəsində müalicə alan 40 yaşlı təhsil işçisinin həyatını xilas etmək mümkün olmayıb.
Baku Medikal Plaza hadisə ilə bağlı açıqlama yayıb. Qeyd edilib ki, xəstənin öz səhhətinə laqeyd yanaşması ölümlə nəticələnib: “Son günlər mətbuatda haqqında məlumatlar geniş yayılmış Lətafət Şirəliyeva mayın 6-da gecə saatlarında dünyasını dəyişib. 1 gün əvvəl xəstənin ümumi durumu ciddi ağırlaşmış, əməliyyat edilərək ümumi anesteziya altında ona birmomentli fəsadsız traxeostoma açılmışdı. Saat 21:20-də EKQ-də öncə bradikardiya, ardınca asistoliya izlənilib. Dərhal reanimasion tədbirlərə başlanılıb. 10 dəqiqə sonra ritm bərpa olunub. Saat 21:40-da monitorda yenidən asistoliya izlənilib. Dərhal CRP olunub. 22:00-da yenidən ürək ritmi bərpa olunub. Lakin 22:57-də idioventrikulyar ritm, ardınca asistoliya izlənib. Aparılan reanimasion tədbirlərə baxmayaraq, üçüncü dəfə ürək ritmini bərpa etmək mümkün olmayıb. 23:49-da bioloji ölüm təsdiqlənib. Xəstənin ölüm səbəbinin araşdırılması, həkim səhvinin olmadığının təsdiqlənməsi ilə bağlı klinikamız tərəfindən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə müraciət edilib, faktla bağlı araşdırma aparılır”.
Vəfat edən müəllimənin bəzi fotolarını təqdim edirik.
Muxtar
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.jpg)
























.jpg)
.jpg)
