Hadisə
Azərbaycanda 285 partlamamış hərbi sursat zərərsizləşdirilib
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 2020-ci ilin may ayı ərzində Ağcabədi, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 599 356 m² (60 ha) ərazi yoxlayıb, 278 ədəd partlamamış hərbi sursat (PHS), 6 ədəd piyada əleyhinə mina və 1 ədəd tank əleyhinə mina (cəmi: 285 ədəd) aşkar edərək zərərsizləşdirib.
Agentlikdən Publika.az-a verilən xəbərə görə, əməliyyatlarda 493 nəfər əməliyyat heyəti, 123 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
May ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 2 (iki), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 20 (iyirmi), Dövlət Sərhəd Xidmətindən (DSX) - 4 (dörd), Rayon Polis şöbələrindən (RPŞ) - 2 (iki) müraciət daxil olub (cəmi: 28 çağırış).
Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 26 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağcabədi, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Füzuli, Goranboy, Göygöl, Xızı, Qazax, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 12 330 m² ərazi yoxlanılıb, 28 ədəd partlamamış hərbi sursat (PHS), 6 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina (cəmi: 35 ədəd) və 99 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 544 055 648 m² (54 405,56 ha) ərazi təmizlənmiş, 807 600 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.jpg)
























.jpg)
.jpg)
