Hadisə
Polislər 3 nəfəri ölümdən xilas etdi
Əlahiddə Çevik Polis Alayının əməkdaşları Buzovna çimərliyində və Dənizkənarı Milli Parkda boğulmaq təhlükəsi ilə üz-üzə qalan ikisi uşaq olmaqla üç nəfərin həyatını xilas ediblər.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən çimərlikdə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı Ayxan Hüseynli dənizdə boğulmaq təhlükəsi ilə üzləşən azyaşlını xilas edib.
Belə ki, həmin ərazidə xidmət aparan zaman polis əməkdaşı 11 yaşlı N.Qurbanovanın boğulduğunu görüb. Dərhal həyatını təhlükə altına qoyaraq suya atılan polis serjantı onu xilas edib. Vaxtında edilən kömək nəticəsində azyaşlının həyatı xilas edilib.
Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən həmçinin bu gün Dənizkənarı Milli Parkda daha bir azyaşlı və anasının həyatı xilas edilib. Park ərazisində xidmət aparan polis serjantları Rəşad məmmədov və Sevinc Quliyeva bir qadının qışqırığının şahidi olublar.
Hadisə yerinə çatanda məlum olub ki, 11 yaşlı M.Abdullayev Dənizkənarı Milli Parkda olan zaman ehtiyatsızlıqdan suya düşüb. Bu zaman onu xilas etməyə çalışan anası A.Abdullayeva da özünü dənizə atıb və hər iki şəxs boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu zaman adları çəkilən polis əməkdaşları həyatlarını təhlükə altına qoyaraq dənizdə batmaq üzrə olan ana və oğlunu xilas ediblər.
Hər iki hadisədən sonra xilas edilən şəxslər və onların valideynləri polislərə bu nümunəvi addımlarına görə öz təşəkkürlərini bildiriblər.
06 avqust 2020-ci il
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)