Netanyahu narahatdır, Trampa çağırış etdi: Dərhal başlat
Bizi izləyin

Dünya

Netanyahu narahatdır, Trampa çağırış etdi: Dərhal başlat

Netanyahu narahatdır, Trampa çağırış etdi: Dərhal başlat

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampdan noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hücumların dərhal bərpasını istəyib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin “Channel 12” kanalı məlumat yayıb.

Bildirilib ki, Netanyahu Trampla telefon danışığı zamanı İran nümayəndələrinin Qətərin paytaxtı Dohada vasitəçilərlə apardığı danışıqları müzakirə edib. İsrailin baş nazirinin diplomatik təşəbbüslərin İrana qarşı təzyiqi əhəmiyyətli dərəcədə azalda biləcəyindən narahat olduğu bildirilir.

Trampın isə İsraildən diplomatik prosesə müdaxilə etməməsini istədiyi və Tehranla mümkün danışıqlara fürsət yaratmağa çalışdığı irəli sürülüb.

Qeyd olunub ki, İran və Qətər nümayəndə heyətləri arasında müharibənin başa çatdırılmasına yönələn danışıqlar Dohada üçüncü gündür davam edir. Qətərli vasitəçilərin ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşnerlə də təmaslarını davam etdirdiyi bildirilir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm