Hadisə
Azərbaycanda VƏZİFƏLİ ŞƏXS cərimələndi
Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisindəki çirkab suların boru vasitəsilə Xəzər dənizinə axıdılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Bunu Xidmətin rəisi Hikmət Əlizadə bildirib.
O bildirib ki, araşdırma zamanı Zabrat, Məhəmmədi və Kürdəxanı qəsəbələri ərazisindəki fərdi yaşayış evlərinin çoxunda şambo quyularının olmaması səbəbindən evlərdə formalaşan çirkab suların mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi, birbaşa Zabrat gölünə və oradan da Pirşağı qəsəbəsi ərazisindəki boru vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən olunub.
Xidmət rəisi qeyd edib ki, mütəxəssislər tərəfindən boru xəttindən axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb və suda ammonium ionlarının 2,2, sintetik səthi aktiv maddələrin isə 2,6 dəfə normadan artıq olduğu müəyyən olunub. Suyun tərkibində istehsalat mənşəli çirkləndiricilər aşkar edilməyib.
H.Əlizadənin sözlərinə görə bununla bağlı dəfələrlə müvafiq qurumlara və “Azərsu” ASC-yə edilən xəbərdarlıqlara baxmayaraq işlər sürətlənməyib və heç bir dəyişiklik olmayıb.
“Faktla bağlı akt, protokol tərtib edilib və “Azərsu” ASC-nin Bağlar su-kanal idarəsinin rəisi Fərmayil Vəliyev vəzifəli şəxs qismində 4 000 manat məbləğində cərimə olunub”.
H.Əlizadə bildirib ki, Pirşağı qəsəbəsində formalaşan tullantı sularının dənizə axıdılmasının qarşısını almaq məqsədilə qəsəbə yaxınlığında inşa edilən gücü 60 min m3/sutka olan Pirşağı Çirkab Sutəmizləyici qurğularına yönəldilməsi üçün “Azərsu” ASC-yə məktub ünvanlanıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)