Hadisə
Bakıda qarlı havada baş verən qəzaların sayı açıqlandı
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq ötən gündən indiyədək Bakı şəhəri ərazisində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün indiyədək maddi zərərlə nəticələnən 41 yol-nəqliyyat hadisəsi baş verib.
“Eyni zamanda, paytaxtın 11 ərazisində texniki cəhətdən nasaz olan avtomobillər yollarda suni tıxaclar yaratdı”, - o bildirib.
V.Əəsədov bildirib ki, ötən gündən indiyə qədər ən çox yol qəzası paytaxtın ən yüksək ərazilərində baş verib: "Ən çox yol - nəqliyyat hadisələri Lökbatan dairəsi, 3-cü Kənar Dairəvi Yol, "Şamaxı yol" istiqaməti, "20 yanvar" metrostansiyasının yaxınlığı, Ziya Bünyadov, Babək və Tbilisi prospektləri, Günəşli qəsəbəsi, Suraxanı rayonu və Yasamal rayonu ərazilərində baş verib. Ən çox yol qəzaları Yasamal rayonu və Günəşli qəsəbəsi ərazilərində baş verib. Çünki bu ərazilər Bakının ən hündür əraziləridir".
Onun sözlərinə görə, hazırda Bakının mərkəzi küçələri və adıçəkilən sürüşmə ehtimalı çox olan ərazilər nəzarətə götürülüb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)



.jpg)























.jpg)

.jpg)