Hadisə
Azərbaycanda vəzifəli şəxsin əməlinin üstü açıldı - Xadimənin maaşını...
Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.
Publika.az Qazax rayon prokurorluğuna istinadən xəbər verir ki, vətəndaş Fərqan Əliyevin, Qazax Uşaq Gənclər Şahmat-İdman məktəbinin sabiq direktoru Nağdalıyev Şücayət Hətəmalı oğlu tərəfindən 2012-2017-ci illər ərzində anası Həcər Əliyevanın əmək haqqı kartının götürülərək saxlanılması, həmin müddətdə anasının əmək haqqını ala bilməməsi ilə bağlı müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırmalarla, qeyd edilən məktəbin sabiq direktoru Şücayət Nağdalıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə Həcər Əliyevanı 13 avqust 2012-ci il tarixdə xadimə kimi işə qəbul edərək həmin tarixdən 18 avqust 2017-ci il tarixədək Həcər Əliyevanın işə gəlmədiyi halda adına olan əmək haqqı kartını götürüb saxlamasına, həmin karta əmək haqqı köçürülməsinə nail olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi











.jpg)























.jpg)


