Hadisə
Qaradağda bədbəxt hadisə: Daşın altında qalaraq öldü
Martın 6-da saat 11 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasının işçisinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Publika.az Qaradağ rayon Prokurorluğuna istinadən xəbər verir ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ərazidə Gülbaxt əhəng-daş yatağında yerləşən “Gülbaxt TMK” MMC-yə məxsus daş karxanasında daş yatağının açılması məqsədilə torpaq qatının ekskavatorla təmizlənməsi zamanı daş parçası hündürlükdən yuvarlanaraq yaxınlıqda yerləşən digər daş karxanasının işçisi 1978-ci il təvəllüdlü Hüseynov Arzi Bəhramxan oğlunun üzərinə düşüb və nəticədə sonuncu hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)