Hadisə
Baloğlan Əşrəfov dəfn edildi - FOTO - (YENİLƏNDİ)
Koronavirusdan vəfat edən Əməkdar artist Baloğlan Əşrəfov dəfn edilib.
Mərhum doğulduğu Masallı rayonunun Bədalan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimi pandemiya qaydalarına uyğun olaraq, məhdud sayda şəxsin iştirakı ilə həyata keçirilib.
xxx
03:43
Xəbər verdiyimiz ki, ötən gün Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov dünyasını dəyişib.
Publika.az xəbər verir ki, mərhumun ailə üzvləri, sənət dostları onun evinin qarşısına toplanıb.
Baloğlan Əşrəfov Masallı rayonunun Bədəlan kəndində dəfn ediləcək.
Qeyd edək ki, Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirib.
1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləyib. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub.
1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib.
İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar edib. Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, Almaniya və MDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edib.
2007-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb.
-
Magazin221:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto




































