Hadisə
Əlvida, BÖYÜK RƏSSAM! - FOTO/VİDEO - (YENİLƏNDİ)
Xalq rəssamı Tahir Salahov I Fəxri xiyabanda dəfn edilib.
Publika.az-ın xəbərinə görə, dəfn mərasimində dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəfnə Mədəniyyət naziri Anar Kərimov da qatılıb.
Dünya şöhrətli rəssamın məzarına ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevanın adından, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, eləcə də Rəssamlar İttifaqının adından əklillər qoyulub.
Mərhum Xalq rəssamı böyük Azərbaycan alimi Lütfi Zadənin qəbrinin yanında torpağa tapşırılıb.
Yazıçı Natiq Rəsulzadə bildirib ki, biz Tahir Salahovun timsalında böyük sənətkarı itirdik: "Tahir Salahovun yeri hər zaman görünəcək. O, bizim dünyada tanınan böyük rəssamlarımızdan idi. Tahir müəllim rəssamlıq sənətinə öz möhürünü vurmuş sənətkarlarımızdandır. Allah rəhmət etsin!"
Qeyd edək ki, Xalq rəssamı Tahir Salahov 92 yaşında Almaniyada dünyasını dəyişib.
xxx
11:43
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovla vida mərasimi keçirilir.
Publika.az xəbər verir ki, mərasim Xalq rəssamının İçərişəhərdəki evində təşkil olunur.
Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimai-siyasi xadimlər iştirak edirlər.
T.Salahovun I Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.
Tural Turan
FOTO: Pərviz Həşimi
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu











.jpg)
























.jpg)


