Kürdə boğulan yeniyetmələrin kimliyi məlum oldu - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Kürdə boğulan yeniyetmələrin kimliyi məlum oldu - (YENİLƏNDİ)

Şəmkirdə iki nəfər çayda boğulub.

Publika.az xəbər verir ki, Şəmkir rayon Qaracəmirli kənd sakini 2006-cı il təvəllüdlü F.Məmmədov və 2005-ci il təvəllüdlü Y.Məmmədov Kür qəsəbə ərazisindəki Kür çayında çimərkən boğulublar.

Hazırda uşaqların cəsədlərinin axtarışları davam etdirilir.

xxx

17:42

Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfər batıb.

Bu barədə Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Kür çayında 2 nəfərin batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm