Hadisə
Tonoyan və Qasparyan Bakıya gəlsin - Erməni terrorçuların vəkili
Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında terror-təxribat törətməkdə ittiham olunan erməni silahlı dəstə üzvləri – Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra hakim bildirib ki, təqsirləndirilən şəxslərin məhkəmədə ifadə verməkdən imtina etmək, etiraz vermək hüquqları var.
Hakim qeyd edib ki, məhkəmə iclasları protokollaşdırılır. Onun sözlərinə görə, məhkumların məhkəmə hökmündən yuxarı instansiyalara şikayət vermək hüquqları var. Hakim qeyd edib ki, təqsirləndirilən şəxslər məhkəmələrdə müdafiəçi ilə təmin olunub.
Hakim təqsirləndirilən şəxslərə vəkilləri təqdim edib. Vəkillərin heç birinə etiraz olunmayıb. Təqsirləndirilən şəxslər də vəkillərin müdafiə hüququndan istifadə etmək istədiklərini bildiriblər.
Təqsirləndirilən şəxslərdən birinin vəkili qeyd edib ki, Ermənistanın sabiq müdafiə naziri David Tonoyan və Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi Onik Qasparyan bu təqsirləndirilən şəxslərin əməllərinə görə məsuliyyət daşıyırlar. Vəkil hər iki vəzifəli şəxsin məhkəmədə şahid qismində ifadə verməsini istəyib. Həmçinin vəkil David Tonoyan və Onik Qasparyan barəsində cinayət işinin başlanılması istəyib. Prosesdə vəsatətə münasibət bildirən dövlət ittihamçısı deyib ki, vəsatət Cinayət Prosessual Məcəlləsinin 318-ci və 207-ci maddələrinin tələblərinə ziddir. Məhkəmə təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittiham əsasında cinayət işlərinə baxır. Əgər məhkəmə baxışı zamanı başqa şəxsin əməlində cinayət işi olarsa, bu məsələ ittihamdan ayrılıb ayrıca icraata verilməlidir.
"Məhkəmə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham çərçivəsində işə baxır. Məhkəmə istintaqı zamanı onların əməlində cinayət tərkibi müəyyən olunarsa, işin ayrıca icraata götürülməsi barədə qərar qəbul oluna bilər. Şahid qismində dindirilmələri barədə vəsatət isə məhkəmə istintaqı zamanı müzakirə oluna bilər" - deyə dövlət ittihamçısı bildirib.
Hakimlər vəsatətləri təmin etməyib. Daha sonra məhkəmə istintaqının başlanması barədə qərar qəbul olunub. Prokuror ittiham aktını elan edib.
İttiham aktında qeyd edilib ki, dəstə üzvləri terror törətmək məqsədilə Azərbaycan ərazisinə keçərək ayrı-ayrı idarə və təşkilatlara, insanlara silahlı basqın etmək məqsədilə müvafiq icazə olmadan silahlı birləşmə yaradaraq ölkə ərazisində yanğın və partlayışlar törətmək istəyib. Bu məqsədlə onlar Xocavənd rayonunun şimal-qərb hissəsindən Hadrut qəsəbəsinə daxil olublar.
Prosesdə saat 14.00-a qədər fasilə elan olunub.
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO







































