Hadisə
Top dalınca qaçan 10 yaşlı qız həyatını itirdi - DYP-dən sürücülərə çağırış
Bakının Qaradağ rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası olub.
Bu barədə Publika.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumata görə, noyabrın 22-də, saat 13:00 radələrində, Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış zonalarından birində, 10 yaşlı qız avtomobil vurması nəticəsində həyatını itirib.
Yaşıdları ilə oynayan qızcığazın meydançadan kənara düşən topu gətirməyə gedərkən yolun hərəkət hissəsini qaçaraq keçməsi, eləcə də yaşayış zonası üçün nəzərdə tutulmuş sürət həddindən artıq sürətlə hərəkət etməsi ehtimal olunan sürücünün yola qaçan uşağı görməməsi, sonda hər iki tərəf üçün bərpası mümkün olmayan itkilərə yol açdı.
Uşaq və yeniyetmələrin, eləcə də istirahət edən, təsərrüfat işi görən, yaxud evinə tələsən əhalinin daha çox olduğu yaşayış zonlarında belə faciələr yaşanmasın deyə sürücü və piyadaların üzərinə qanunla nəzərdə tutulmuş konkret vəzifələr düşür.
Baş Dövlət Yol Polisi İdarəsi bütün tərəflərə, xüsusilə sürücülərə müraciət edərək, onları yaşayış zonasının sakitlik və təhlükəsizlik məkanı olduğunu unutmamağa, belə ərazilərdə ehtiyatla, piyadalara münasibətdə isə hər zaman ehtiramla davranmağa çağırır!
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız















.jpg)
.jpg)



















