Hadisə
Masallıda dülgər sexi yandı
Masallı rayonunun Köhnə Alvadı kəndində həyətyanı ərazidə dülgər sexi kimi fəaliyyət göstərən, ümumi sahəsi 350 kvadratmetr olan talvarın yanar konstruksiyaları 300 kvadratmetr sahədə, altına yığılan 2 ədəd kəsici dəzgah və taxta məmulatlar qismən yanıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yüksək temperaturdan bitişik ümumi sahəsi 300 kvadratmetr (hər mərtəbəsi 150 kvadratmetr) olan ikimərtəbəli evin 5 ədəd plastik pəncərə çərçivəsi əriyib, dam örtüyü 20 kvadratmetr sahədə qarsalanıb və ümumi sahəsi 45 kvadratmetr olan tövlənin şiferdən ibarət dam örtüyü 20 kvadratmetr sahədə dağılıb.
Sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





