Hadisə
Biləsuvarda “patı” satan qadın narkotacir saxlanıldı - VİDEO
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumilikdə 11 kiloqramdan artıq çəkidə müxtəlif növ narkotik vasitə və “patı”, “şüşə” kimi tanınan psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumat görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Fatimə Babayeva, Nicat Tağıyev və Alim Mirzəyev sonuncunun idarə etdiyi Vaz 2106 markalı avtomobillə Biləsuvar rayonu ərazisində saxlanılıblar.
Keçirilən baxış zamanı F.Babayevanın əlində olan idman çantasının içərisində ayrı-ayrı plastik qablarda 8 kiloqramdan artıq heroin, 2 kiloqram 70 qram tiryək, 1 kiloqram 100 qram “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, 270 qram qurudulmuş marixuana, 1 ədəd bıçağa bənzər kəsilici alət aşkarlanaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni sosial şəbəkə vasitəsilə xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və Bakı şəhərinə aparmaqla orada satışını və ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imişlər.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)



.jpg)























.jpg)

.jpg)