Hadisə
Məşhur cibgir və narkobaron Qəmərin oğlu "iş başında" yaxalandı - VİDEO
Sumqayıtda polis ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Publika.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, həyatının böyük bir hissəsini dəmir barmaqlıqlar arxasında yaşamış məşhur cibgir Qəmərin oğlu "iş başında" yaxalanıb. 10 dəfə məhkumluq həyatı yaşamış Elxan Cəfərov yenidən tutulub.
Avtobuslardan, ticarət mərkəzlərindən oğurluq edən şəxs saxlanılıb.
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı şəhər ərazisində fəaliyyət göstərən 9 nömrəli marşrut xəttində sərnişinlərdən birinin cibindən içərisində 150 manat olan pul qabını oğurlayan 50 yaşlı Elxan Cəfərov saxlanılıb.
Elxan Cəfərov yaşadığı evdən çıxaraq 9 nömrəli marşrut avtobusuna minib. Avtobusda olan sıxlıqdan istifadə edərək oğurluq əməlini həyata keçirib və növbəti dayanacaqda düşərkən polis əməkdaşları tərəfindən tutulub.
İstintaqa cəlb edilən Elxan Cəfərovun indiyədək 10 dəfə məhkum olduğu və ümumilikdə 20 il həbsxana həyatı yaşadığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, onun ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Elxan Cəfərov Sumqayıt Polisi tərəfindən yaxalanan məşhur cibgir və narkotik alverçisi Qəmər Cəfərovanın oğludur.
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var







.jpg)









.jpg)



















.jpg)


