Hadisə
Bir neçə gün öncə işdən çıxarılan polis rəisi bıçaqlandı, əmisi intihar etdi - YENİLƏNDİ
Ötən gecə Xaçmazda iş adamı Rövşən Əsgərbəylinin qardaşı oğlu, bir neçə gün əvvəl Siyəzən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifədən azad edilərək təqaüdə göndərilən Əliağa Əsgərbəylini bıçaqlaması və daha sonra intihar etməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.
Publika.az xəbər verir ki, R.Əsəgrbəyli ilə qardaşı oğlu arasında daha əvvəldən münaqişə var imiş. Onlar daha öncə Xaçmazdakı məşhur restoranlrdan birində dalaşıblar.
Nəhayət ötən gün R.Əsgərbəyli Əliağanı öldürmək qərarına gəlib. O, bir neçə gün əvvəl təqaüdə çıxan polis zabitinə 4 bıçaq zərbəsi endirib. Əliağanın öləcəyini düşünən R.Əsgərbəyli daha sonra tüfənglə özünə atəş açaraq intihar edib.
Xəstəxanaya yerləşdirilən R.Əsgərbəylinin bəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*****
09:18
Xaçmaz rayonunda ailə faciəsi yaşanıb.
Publika.az bizim.media-ya istinadla xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin keçmiş rəisi Əliağa Əsgərbəyli əmisi Rövşən Əliağa oğlu Əsgərbəyli tərəfindən bıçaqlanıb.
Hadisədən sonra cinayətkar özünü güllələyib.
O, hadisə yerindəcə ölüb. Meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsində ekspertiza edilir. Əliağa Əsgərbəyli isə yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Əliağa Əsgərbəyli avqustun 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə vəzifəsindən azad olunub.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu











.jpg)
























.jpg)


