Hadisə
FHN pambıq zavodunda yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyi respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə tədbirlər həyata keçirir.
Publika.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, bu çərçivədə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən “Azərpambıq ASK” MMC-nin Şirvan, həmçinin "MKT İK" MMC-nin Ağcabədi pambıq emalı zavodlarında yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə sözügedən zavodların əməkdaşları iştirak edib.
"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğınsödürmə vasitələri və qığılcımsöndürənlərlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olduğu da vurğulanıb. Eyni zamanda, tədbirlərdə su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də nəzərə çatdırılıb.
Bundan əlavə, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Saatlı rayon İcra Hakimiyyətində videokonfrans formatında seminar-müşavirə keçirilib.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı və inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, pambıq qəbulu və emalı ilə məşğul olan müəssisə və məntəqələrin rəhbərləri iştirak edib.
"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən seminar-müşavirədə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğınsödürmə vasitələri və qığılcımsöndürənlərlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında həyata keçirilməli olan yanğın təhlükəsizliyi tədbirləri barədə ətraflı məlumat verilib, su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi vurğulanıb.
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial13 Avqust 22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı




































