Hadisə
Ailəsinin ölümündə günahlandırılan atadan ŞOK SÖZLƏR: Evimi daş-qalaq edin, məni öldürün - - VİDEO
“Qızımın qatili deməyə də dilim gəlmir. Əgər Tahirə balamın qatiliyəmsə, gəlin, məni orada öldürün. Mənim balam ölüb, artıq yaşamağa o qədər də meylim qalmayıb”.
Publika.az xəbər verir ki, bu sözləri həyat yoldaşı və körpəsinin ölümündə günahlandırılan Rəhman Niftəliyev İnstaqram hesabındakı canlı yayımında deyib.
Özünü təqsirli hesab etməyən R.Niftəliyev hər şeyin hüquqi müstəvidə həllinin olduğunu qeyd edib:
“Oturmuşam burada, balamın qanı üçün çalışıram, inanın. Yaxşı, əvvəlcə üçüncü mərtəbədən, sonra damdan atdı. Baxın, dəyişilir. Əvvəlcə öldürülməyə sövq edilmişdi, sonra mən atdım. Bu sözlər bir-birini tutmur. Nəyə görə? Hər şeyin qanuni tərəfi var, bunlar hamısı cinayət haqdadır və polisin qarşısına qoyulmalıdır. Hüquqi müstəviyə çıxarılmalıdır, günü bu gün hər şeyi açıb ortaya töksəm də, olmur. Bunlar hamısı istintaq prosesidir və bunu mən istəsəm də, edə bilmərəm. Bu dəqiqə açıb hər şeyi ortaya qoyaram, amma olmur, istintaqda deyilməlidir. Həqiqətən də Tahirə balamın qatiliyəmsə, 2-3 gün səbr edin. Yaxud Badamdardakı evimi daş-qalaq edin, gəlin, evimi topa tutun, öldürün. Amma ətrafımda olan 50-10 insandan məni soruşun…”
Rəhman Niftəliyev daha sonra İnstaqram hesabında paylaşım edərək bir neçə nəfərin adını çəkib və cinayətkar olmadığı ilə bağlı rəsmi sübutu, eyni zamanda uşağının qatilinin kim olması ilə bağlı məlumatı bu axşam təqdim edəcəyini bildirib: “Bu axşam Ceyhun Süleymanov, İlkin Süleymanov, Orxan Süleymanov və Mehriban Süleymanovanın uşaq cinayətində danışdıqları yalanı, mənim orada olmadığım haqda rəsmi sübutu təqdim edəcəm. Uşağımın qatillərini ifşa edəcəyim fakt əlimdədir. Danışdıqları haqda bir dəfə onlardan fakt istəyin. Mən faktla danışacam”.
Qeyd edək ki, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq ölmələri barədə Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.
-
Nəqliyyat08:30Bakıda daha 30 metro stansiyası yaradılacaq - Detallar
-
Ekopublika.az07:55Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək? - Video
-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı
-
Qoroskop01:40Günün ulduz falı: heç nəyi gizlədə bilməyəcəksiz...
-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
Hadisə1 May 23:15TƏBİB dəhşətli qəzada xəsarət alanların son vəziyyətini açıqladı - Yeniləndi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Kriminal1 May 19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto












.jpg)














.png)

.jpg)






