Hadisə
Yaqub Zurufçu dəfn edildi - FOTO (YENİLƏNDİ)
Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Publika.az xəbər verir ki, mərhum Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında torpağa tapşırılıb.
xxx
Əməkdar artist Yaqub Zurufçu ilə vida mərasimi keçirilir.
Publika.az xəbər verir ki, Əməkdar artist son mənzilə 1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) yola salınır.
Vida mərasimində sənətçinin ailə üzvləri, sənət yoldaşları ilə yanaşı, Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak edir.
xxx
Əməkdar artist Yaqub Zurufçu bu gün saat 13:00-da "Qurd qapısı" qəbiristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin yanında dəfn olunacaq.
Publika.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə məlumat verib.
Allah rəhmət eləsin!
xxx
Mədəniyyət Nazirliyindən zəng vurub dedilər ki, Yaqub Zurufçunun harada dəfn olunması saat 10-dan sonra açıqlanacaq. Onlardan xəbər gözləyirik.
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl koronavirusa yoluxan Əməkdar artist “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilmiş və süni nəfəs aparatına qoşulmuşdu. O, dünən vəfat edib.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular







.jpg)



























.jpg)

.jpg)