Hadisə
Mingəçevir Xəstəxanasında xəstə yaxını ilə həkimlər arasında dava
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyası tibb müəssisəsində xəstə yaxını ilə həkimlər arasında baş verən davaya münasibət bildirib.
Xəstəxanadan bildirilib ki, sentyabrın 19-da saat 21:02-də təcili yardıma vətəndaş Nərgiz Yusibova üçün mədə ağrısı narahatlığı ilə bağlı çağırış daxil olub.
"Çağırış edən şəxsə həmin saatda növdədə olan hər 2 təcili yardım briqadasının digər çağırışlarda olduğu bildirilib və bir qədər gözləmələri məsləhət görülüb. Lakin xəstə yaxını Məmmədov Bəxtiyar gözləməyib xəstəni Acil bölməsinə aparıb. Xəstəni qəbul edən həkim xəstədə cərrahi müdaxiləyə ehtiyacın olmadığını bildirdikdən sonra ona ilkin tibbi yardım göstərilib.

İlk tibbi yardımdan təxminən 7-10 dəqiqə ərzində Yusibova Nərgiz Vasif qızının ağrıları azalıb. Xəstə acildə olduğu müddətdə xəstə yaxını B.Məmmədov TTYS-nin dispetçer otağına daxil olub, orada kobud ifadələrlə işçiləri təhqir edib, stol, stulları dağıdıb qırıb. Bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verilib. Sonra Acilə gedərək həkimdən xəstənin daha 1 saat Acildə qalmasını tələb edib. Lakin həkim buna ehtiyac olmadığını bildirərək xəstəni evə göndərib və ixtisas həkiminə müayinə olunmağı məsləhət görüb", - xəstəxanadan qeyd olunub. (report)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.jpg)
























.jpg)
.jpg)
