Hadisə
Polislərdən 80 manat tələb edilməsi görüntüsü ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrdə Sabirabad rayon polis şöbəsinin vəzifəli şəxsinin əməkdaşlardan 80 manat tələb etməsini əks etdirən videogörüntü yayılıb. İclas zamanı çəkilən videoda danışan şəxsin polis rəisi olduğu iddia olunub. Həmin şəxs hansısa tədbir üçün hər kəsin 80 manat verməli olduğunu, bir gün ərzində həmin məbləği haradan olursa-olsun tapıb gətirmələrini tələb edir.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Publika.az-a bildirib ki, “Tiktok” soial şəbəkəsində yayılan görüntülərlə bağlı polis orqanları məlumatlıdır: “Görüntülər qərəzlidir, məqsədli olaraq sosial şəbəkələrə ötürülüb. Bu, 3 il əvvəl Sabirabad RPŞ-nin Post-Patrul bölüyünün iclasında bir müddət bundan öncə daxili işlər orqanlarından mənfi motivlərə görə xaric olunan əməkdaş tərəfindən çəkilib.
Həmin iclasda bir yubiley tədbirinin təntənəli keçirilməsi üçün bölük əməkdaşlarının təşəbbüsü olub. Lakin sonradan tədbir baş tutmayıb. Görüntüdə əks olunan bölük komandiri olub”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)