Hadisə
Bakıda universitetdə çalışan 33 yaşlı qadının ŞOK FIRILDAĞI
Azərbaycan Texniki Universitetinin sabiq əməkdaşı, 1988-ci il təvəllüdlü K.Qədirovanın (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin (CM) 32.4, 312.2-ci (Rüşvət verməyə təhrik etmə) maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
K.Qədirovanın barəsində CM-nin 79.1-ci (Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsi tətbiq edilməklə, himayəsində olan 2015-ci il təvəllüdlü övladı 14 yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınıb. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.
İttihama görə, Azərbaycan Texniki Universitetinin Tədris hissəsinə dispetçer və mütəxəssis vəzifəsində çalışmış K.Qədirova həmin universitetdə təhsil almış tələbələrdən 2019-cu ildə kəsr imtahanları üzrə məqbul qiymətlərin yazılmasına köməklik göstərməsi üçün rüşvət alıb. Belə ki, o elektron informasiya sisteminə tələbə S.Yaqubovanın dərslərdə iştirak etmədən və qiymət almadan məlumatlarınnı daxil ediləcəyinə söz verən K.Qədirova S.Yaqubova və qayınanasından 10200 manat pul alıb. Lakin o, verdiyi vədə əməl edə bilməyib.
İbtidai istintaq dövründə o, qarşı tərəfə 9500 manat ödəyib və aralarında barışıq sazişi imzalanıb.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu











.jpg)
























.jpg)


