Dünya
Netanyahunu devirmək üçün plan: Ərəb partiyaları müxalifətlə birləşir
İsraildə müxalifətin Baş nazir Benyamin Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə parlamentin idarəçiliyini ələ keçirməyə hazırlaşdığı iddia olunur.
Publika.az xəbər verir ki, bu barədə İsrailin “Walla” saytı məlumat yayıb.
Bildirilib ki, seçkilərdən sonra İsraildə heç bir siyasi blok hökumət qurmaq üçün tələb olunan 61 mandatlıq çoxluğu əldə edə bilməyib. Netanyahunun rəhbərlik etdiyi blok 120 yerlik parlamentdə 53 mandat, keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət bloku isə 48 mandat qazanıb. Ərəb partiyaları isə 19 mandat əldə edərək tarixlərində ən yüksək nəticəyə imza atıblar.
Beləliklə, ərəb partiyaları hökumətin formalaşdırılması prosesində həlledici mövqeyə sahib olublar. Müxalifətin planına əsasən, ilk növbədə İsrail Knessetinin sədri Amir Ohananın vəzifəsindən uzaqlaşdırılması və parlament üzərində nəzarətin ələ keçirilməsi nəzərdə tutulur.
Müzakirə olunan əsas təşəbbüslərdən biri “Təqsirləndirilən şəxs haqqında qanun” adlandırılan layihədir. Bu dəyişiklik barəsində cinayət işi açılmış şəxslərin məhkumluq hökmü olmasa belə, hökumət qurmasının qarşısını almağı nəzərdə tutur. Qəbul ediləcəyi təqdirdə, korrupsiya, rüşvətxorluq, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə mühakimə olunan Netanyahu bu qanundan birbaşa təsirlənə bilər.
Müxalifət, həmçinin bəzi məhkəmə-hüquq dəyişikliklərini ləğv etməyi və 7 oktyabr 2023-cü il hadisələri ilə bağlı rəsmi araşdırma komissiyasının yaradılmasını nəzərdə tutan təşəbbüsü parlamentdən keçirməyi planlaşdırır.
Seçkilərdə uğur qazanan ərəb partiyalarından biri olan “Birləşmiş Siyahı”nın liderlərindən Əhməd Tiybi də parlament sədrinin dəyişdirilməsi məsələsində müxalifəti dəstəkləyəcəklərini açıqlayıb.
Müəllif: Roza
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular

































.jpg)

.jpg)