Hadisə
Sabiq direktorun cinayət işi məhkəməyə göndərildi
Lənkəran rayon Məşğulluq Mərkəzinin sabiq direktoru Rahib Quliyev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı aparılıb.
Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
İbtidai istintaqla Rahib Quliyevin qeyd olunan vəzifədə işləyərkən Dövlət Məşğulluq Xidmətinin digər vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olub qurumda işsiz kimi qeydiyyata alınan şəxslərə verilməsi üçün nəzərdə tutulan məhsulların alınması ilə bağlı heç bir tender və kotirovka keçirilmədən müvafiq rəsmi sənədləri saxtalaşdıraraq 29 nəfər işsiz vətəndaş üçün dövlət büdcəsindən ayrılmış 145 min manat məbləğində vəsaitin faktiki olaraq 99 min manat hissəsini ödəyib qiymətlərin şişirdilməsi yolu ilə 46 min manat məbləğində dövlət vəsaitini israf etməsinə, həmin hərəkətləri ilə müvafiq sahədə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.
Rahib Quliyevə Cinayət Məcəlləsinin 179.2.1 (mənimsəmə və ya israf etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





