Hadisə
Balakənə külli miqdarda pirotexniki vasitə aparan şəxs tutuldu - FOTO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, rayon ərazisində “Daewo” markalı avtomobildə olan sürücü və sərnişinin gizli şəkildə mağazalara pirotexniki vasitələr satmaları barədə polis şöbəsinə məlumat daxil olub. Keçirilən tədbir zamanı həmin şəxslər istifadələrində olan avtomobillə birgə saxlanılıb.
Araşdırma zamanı onların Ağdam şəhər sakini Zeynalabdin Abbasov və Gəncə sakini Şahin Şahgəldiyev olduğu müəyyən edilib.
Avtomobilə keçirilən baxış zamanı isə külli miqdarda pirotexniki vasitə aşkar olunaraq götürülüb. Mingəçevir şəhərində yaşayan hər iki şəxs Balakənə bu məqsədlə gəldiklərini bildiriblər.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi (İstehsalı və ya satılması qadağan olunan malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)