Hadisə
"Lider" TV-nin keçmiş əməkdaşının dəhşətli qətli ilə bağlı YENİ FAKTLAR
Bakıda “Lider” televiziyasının keçmiş əməkdaşı, 5 dekabr 1991-ci il təvəllüdlü Həsənova Nahidə Sadəddin qızının həyat yoldaşı tərəfindən vəhşicəsinə öldürülməsi ilə bağlı yeni faktlar üzə çıxıb.
Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, yanvarın 4-də saat 15 radələrində Xətai rayonu General Şıxlınski küçəsində yerləşən binadakı mənzildə N.Həsənovanı bıçaqlayaraq öldürən, daha sonra meyitini hamam otağına apararaq vannada qollarını və başını kəsən 1987-ci il təvəllüdlü Alıyev Orxan Mehdi oğlu narkotik vasitə aludəçisidir. Heç bir yerdə işləməyən Orxan Alıyev valideyninin pensiya pulu ilə güzəranını təmin edirmiş. Hadisə vaxtı onun narkotik vasitənin təsiri altında olması istisna edilmir.
İlkin ifadəsində o, həm də xalası qızı olan həyat yoldaşını qısqanclıq və digər səbəblərdən qətlə yetirdiyini iddia edib. O.Alıyev Nahidə ilə daha əvvəl də münaqişə yaşadığını əlavə edib. Məlum olub ki, hadisə vaxtı ailənin yeganə azyaşlı övladı evdə olmayıb və nənəsinin yanında imiş. Nahidə ilə evdə mübahisə edən Orxan daha sonra onu xüsusi qəddarlıqla qətlə yetirib.
Qeyd edək ki, O.Alıyevin xanımını öldürüb onun bədən üzvlərini hamamda kəsdikdən sonra N.Həsənovanın cəsədinin videosu çəkilib. Həmin video müxtəlif şəxslərə göndərilib, eləcə də bəzi səhifələrdə yayımlanıb. Videoda hamam otağında yerləşən vannada uzanıqlı halda qalmış üzərində başı və qolu olmayan cəsəd görüntülənib.
Hadisəni törədən Orxan Alıyev saxlanılıb, faktla bağlı cinayət işi açılıb.
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır




































