Hadisə
Azərbaycanda 5 yaşlı uşağın öldüyü hadisənin DƏHŞƏTLİ TƏFƏRRÜATI - VİDEO
Video əlavə olunub.
xxx
Yanvarın 15-nə keçən gecə Ağcabədi rayonunun Poladlı kəndində 2017-ci il təvəllüdlü Vəliyev Zalış Etibar oğlunun öldüyü ağır yol qəzasının təfərrüatları məlum olub.
Publika.az xəbər verir ki, qəza zamanı 5 yaşlı uşaq atasının, yəni hadisəni törədən sürücü – 1991-ci il təvəllüdlü Vəliyev Etibar Zalış oğlunun qucağında olub.
Belə ki, kənddə toy məclisində iştirak edən Etibar daha sonra içkili vəziyyətdə özünə məxsus “VAZ 2106” markalı avtomobilin sükanı arxasına keçib. O, yola çıxarkən 5 yaşlı oğlunu qucağında saxlayıb və uşaq qucağında ola-ola maşını idarə edib. Bir qədər getdikdən sonra avtomobil Etibar Vəliyevin idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücünün 5 yaşlı oğlu ağır xəsarətlər alaraq vəfat edib. Etibar Vəliyev isə Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız













.jpg)
.jpg)



















