Hadisə
Bakıda 50 yaşlı kişinin qətli, 24 yaşlı oğlanın intiharı ilə nəticələnən HADİSƏNİN TƏFƏRRÜATI
Yanvarın 29-u saat 01 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi bina 012E, mənzil 98 ünvanında 1972-ci il təvəlüdlü İlham Hüseynovun meyitinin aşkar edilməsi, həmin binanın qarşısında isə gənc oğlanın hündürlükdən düşə nəticəsində ölməsi faktı ilə bağlı araşdırmalar davam etdirilir.
Publika.az-ın əldə etdiyi məlumata görə, ilkin araşdırmalardan sonra hadisənin İ.Hüseynova məxsus mənzildə baş verdiyi məlum olub. Belə ki, 50 yaşlı İ.Hüseynovun öz evində qətlə yetirilməsi dəqiqləşib. Onun mənzilindən özünü ataraq intihar edən 1997-ci il təvəllüdlü Fuad Mayılovu isə ilkin baxış zamanı tanıyan olmayıb. Bəlli olub ki, Fuadla İlham arasında qohumluq və ya qonşuluq əlaqəsi yoxdur. Hündürlükdən düşmə nəticəsində öəln 25 yaşlı Fuadın hadisə vaxtı üst geyiminin, iş çantasının, ayaqqabılarının da üstündə olması onun İlhamın evinə gələrkən və ya həmin evdən çıxarkən özünü binadan atmaq qərarına gəldiyini göstərir.
İlkin ehtimala görə F.Mayılov İ.Hüseynovu qətlə yetirdikdən sonra özünü eyvandan ataraq intihar edib.
Onun həmin evə niyə gəlməsi, İlham Hüseynovla hansı münasibətlərinin olması, hadisənin hansı şəraitdə və konkret hansı səbbədən baş verməsi hələlik tam dəqiqləşməyib.
Araşdırmalar davam etdirilir.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu











.jpg)
























.jpg)


