Hadisə
Azərbaycanda 2 nəfəri öldürmək istəyən şəxslə bağlı YENİ XƏBƏR
30 sentyabr 2021-ci il tarixdə Cəlilabad rayonu, Sərhədabad kənd sakinləri Mirseyidəli Əliyev və qohumu Miralmas Əliyevin öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Publika.az raypn prokurorluğuna istinadən xəbər verir ki, aparılmış istintaqla, zərərçəkmişlərin həmkəndlisi 2003-cü il təvəllüdlü Kənan Xubaliyevin qeyd edilən tarixdə aralarında olmuş mübahisə ilə əlaqədar Mirseyidəli Əliyevin yaşadığı evə gələrək həmin vaxt evin həyətində olan Mirseyidəli Əliyevə hücum edib əvvəlcədən özü ilə gətirdiyi bıçaqla sonuncuya müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə, həmçinin həmin vaxt orada olan və cinayin qarşısını almaqla ictimai borcunu yerinə yetirən Miralmas Əliyevə də bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Kənan Xubaliyev Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd), 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 126.2.2-ci maddələri (qəsdən sağlamlığa ağır zərər vurma - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)



.jpg)























.jpg)

.jpg)