Hadisə
Azərbaycanda dəhşətli hadisə: 3 nəfər öldü - FOTO
Ötən gün Şabran rayonunda baş vermiş dəhşətli yol qəzasında ölənlərin sayı 3-ə çatıb.
Publika.az xəbər verir ki, Gəndob-Yalama yolunun Ağalıq kəndindən keçən hissəsində "Volvo" markalı TIR ilə, "Opel", "VAZ 2106" və "VAZ 2104" markalı 3 minik avtomobili toqquşub. Daha sonra TIR yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində "VAZ 2104"ün sürücüsü, 1960-cı il təvəllüdlü Babayev Əli Hacıbala oğlu və "VAZ 2104"də olan sərnişin, 2014-cü il təvəllüdlü Quliyeva Həqiqət Kamil qızı hadisə yerində ölüb.
Qəzada xəsarət alan Xaçmaz rayon sakinləri Nuriyev Tural Əjdər oğlu, Babayeva Səlminaz Xudat qızı və Şabran rayon sakini Quliyev Akif Abdulmənna oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan Ə.Babayevin həyat yoldaşı olan 1960-cı il təvəllüdlü Səlminaz Babayeva xəstəxanada vəfat edib.
İlkin ehtimala görə, hadisə yük avtomobilinin sükanında yaranan texniki nasazlıq səbəbindən baş verib.
Faktla bağlı araşdırmalar aparılır.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)