Hadisə
Məhkəmə Əli Əliyevlə bağlı qərar verdi
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev barəsində Yasamal Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.
Publika.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri Cavad Cavadov və Aqil Layıc vəsatət qaldıraraq müvəkkilləri barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər.
Müdafiə tərəfi birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına dair də vəsatət verib. Vəkillər cinayət işinin baxışa təyin olunmasına etiraz edərək işə xitam verilməsini xahiş ediblər.
Məhkəmə hər iki vəsatəti təmin etməyib.
Məhkəmənin baxış iclası fevralın 14-nə təyin edilib.
Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
İddiaçıların şikayətlərində göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib. Onların şikayətləri ayrı icraatda araşdırılıb.
Yanvarın 13-də Yasamal rayon Məhkəməsində keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti təmin olunub.
Qərara əsasən, Əli Əliyev 5 ay müddətinə həbs edilib.
DSX kapitanı Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə ötən həftə Yasamal rayon Məhkəməsində keçirilməli olan proses isə hakim Rauf Daşdəmirov xəstə olduğuna görə təxirə salınıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)


























.jpg)

.jpg)