Hadisə
Azərbaycanlı məşhur İsveçdə zorlama ittihamı ilə həbs olundu - FOTO
İsveçdə yaşayan, əslən Azərbaycandan olan məşhur tatu ustası Natiq Səttarov zorlama ittihamı ilə həbs olunub.
Publika.az xəbər verir ki, hadisə ötən ilin noyabrın 6-da Stokholmun mərkəzində yerləşən “Oxid bar” restoranında baş verib.
Belə ki, Jozef adı ilə də tanınan Səttarov, əvvəllər tanımadığı qadını ayaqyolunda zorlayıb. Məlumata görə, onun təcüvüzünü restoranın digər qonaqlarının tualetin qapısını döyməsi dayandırıb.
Keçirilən tibbi müayinə zamanı qadında zorlamanın izləri aşkar edilib. Səttarov ittihamı rədd etsə də, Stokholm məhkəməsi fevralın 3-də onu 8 ay müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, Natiq Səttarov əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni avtomobil idarə etmək və saxta sənədlərdən istifadə etməkdə təqsirli bilinib.
Xatırladaq ki, illər öncə Natiq Səttarovun mərhum meyxanaçı Ağasəlim Çıldağın nikahdankənar oğlu olması ilə bağlı iddialar yayılmışdı. Lakin meyxanaçının qardaşı bu iddianı təkzib etmişdi. Məlumata görə, Natiq Səttarov 2006-cı ildə İsveçdə siyasi sığınacaq alıb. Televiziya ulduzu kimi də tanınan Natiqin instaqramda 250 mindən çox izləyicisi var.(Qafqazinfo)
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)