Hadisə
Zaqatalada karantin rejimi ilə bağlı reyd keçirildi
Zaqatala Rayon İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları karantin rejimindən irəli gələn qayda və tələblərə riayət olunmasının təmini məqsədilə şəhər ərazisində birgə nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı COVID-19 pasportu tələb edilən ictimai iaşə obyektlərində, kafe və restoranlarda müştərilərin, eləcə də xidmət personalının peyvənd sertifikatları yoxlanılıb. İkinci dozanın üzərindən 6 aydan çox keçmiş şəxslərin peyvənd sertifikatının fevralın 15-dən qüvvədən düşdüyü diqqətə çatdırılıb. Bu səbəbdən onların qeyd edilən məkanlara yalnız qüvvədə olan vaksin pasportu, immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaqları izah olunub.
Həmçinin, mağazalarda tibbi maskadan istifadə etməyən alıcı və satıcılar müəyyən edilib, onların barəsində inzibati qaydada tədbir görülüb.
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu




































