Hadisə
Bakının mərkəzində KÜTLƏVİ DAVA - Ölənlər var - YENİLƏNDİ
Nərimanov rayon prokurorluğu Bakıda kütləvi dava ilə bağlı məlumat yayıb.
Prokurorluqdan Publika.az-a verilən məlumata görə, fevralın 18-də saat 01 radələrində Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Şahin Bayramov və 1992-ci il təvəllüdlü Fərid Əlirzayevin aldıqları bıçaq xəsarətlərindən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Araşdırmalarla Nərimanov rayonu, Təbriz küçəsində bir qrup şəxs – bir tərəfdən Şahin Bayramov və Fərid Əlirzayev, qarşı tərəfdən isə Nurani Məmmədov və digər şəxslər arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində qərəzli xuliqanlıq hərəkətləri nəticəsində aldıqları xəsarətlərdən Şahin Bayramov və Fərid Əlirzayevin ölmələri müəyyən olunub.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Nurani Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
xxx
09:18
Ötən gecə Bakı şəhər Nərimanov rayonu Təbriz küçəsində bir qrup şəxs arasında kütləvi dava dalaş olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, Təbriz küçəsi 16 ünvanının qarşısında baş verən dava zamanı 1990-cı il təvəllüdlü Bayramov Şahin Ələkbər oğlu və 1992-ci ildə anadan olmuş Əlirzayev Fərid Adil oğlu bıçaqlanaraq öldürülüb.
Hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3 və 120.2.7-ci maddələri ilə iş açılıb. Araşdırmalar aparılır.
xxx
01:21
Bakıda qətl hadisəsi baş verib.
Publika.az">Publika.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Təbriz küçəsində kütləvi dava zamanı 1993-cü il təvəllüdlü Alirzayev Fərid Adil oğlu ürəyindən bıçaqlanan qətlə yetirilib.
Hadisənin təfərrüatı Nərimanov rayon Prokurorluğunda araşdırılır.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp


























.jpg)
.jpg)





