Hadisə
Novruz bayramı ilə bağlı əhaliyə müraciət edildi - VİDEO
Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı zamanı hər birimizin arzusudur ki, bayram şənlikləri ən xoş duyğularla yaddaşlarımıza həkk olunsun. Bunun üçün isə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir.
Publika.az">Publika.az xəbər verir ki, bu, Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciətində qeyd edilib.
Belə ki, bu il də Novruz bayramı koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etdiyindən bayram tədbirlərində ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmalıdır.
Həmçinin, müxtəlif bayram mərasimləri ilə əlaqədar aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır:
- bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
-
Nida Xəbər 10:30Zakir Həsənov Hərbi Polisin ön əməliyyat bazasında - VİDEO/FOTO
-
Hadisə09:48İş adamının nəvəsi qonşusunu güllələdi
-
Nida Xəbər 09:06Ramiz Mehdiyevin məhkəməsi başlayır







.jpg)






























.jpg)


