Hadisə
Sərxoş halda ağır cinayət törədən Əmənov həbs edildi
2021-ci il noyabrın 18-də Cəlilabad rayonu Sabirabad sakini Samir Nuriyevin kəsilmiş-deşilmiş xəsarətləri alması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Rayon Prokurorluğundan Publika.az-a bildirilib ki, aparılmış istintaq zamanı müəyyən edilib ki, zərərçəkmişin qonşusu alkoqol sərxoşluğu halında olan Yaşar Əmənov heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla Samir Nuriyevə xüsusi amansızlıqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.
Yaşar Əmənova Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4 (xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi

















.jpg)

















.jpg)

.jpg)