Hadisə
Çingiz İsmayılov vəfat etdi
MDB Nəqliyyat Əlaqələndirmə Müşavirəsi icraiyyə komitəsinin sədri, Rusiya nəqliyyat nazirinin sabiq müavini Çingiz İsmayılov Moskvada vəfat edib.
Publika.az “Report”-a istinadən xəbər verir ki, 1948-ci ildə Bakıda doğulan Ç.İsmayılov görkəmli İsmayılov-Süleymanovlar dənizçi nəslinin nümayəndəsidir. 1968-ci ildə Bakı Dənizçilik Məktəbini bitirən Çingiz İsmayılov 1975-ci ildə Odessa Ali Dənizçi Mühəndisləri Məktəbindən, 1991-ci ildə isə SSRİ Nazirlər Soveti nəzdində Xalq Təsərrüfatı Akademiyasından məzun olub.
1968-1971-ci illərdə Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində çalışıb, matrosdan kapitanın ikinci köməkçisinədək yüksəlib. 1984-cü ildən Rumıniyada Sovet Dunay Gəmiçiliyi Agentliyinin rəis müavini vəzifəsində çalışıb. 1987-ci ildə Xəzər Dəniz Gəmiçiliyi rəisinin birinci müavini vəzifəsinə təyin edilib.
1997-ci ildən Rusiya Federasiyası Nəqliyyat Nazirliyində çalışmış Ç.İsmayılov 2001-ci ildə nazir müavini təyin olunub.
Çingiz İsmayılov “Əmək rəşadətinə görə” və “Rusiya donanmasının 300 illiyi” medalları, “Rusiyanın fəxri nəqliyyat işçisi” döş nişanı, “Dəniz donanmasının fəxri işçisi” döş nişanı ilə təltif olunub.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)



.jpg)























.jpg)

.jpg)