Hadisə
Polisə yalan məlumat verən qadın haqqında araşdırma aparılır
Lənkəranda qadın polisə bilərəkdən yalan məlumat verib.
Bu barədə Publika.az">Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Qeyd edilib ki, rayon sakini Ş.H. adlı qadın polisə müraciət edərək yaşadığı evə 2 nəfər maskalı şəxsin daxil olaraq onu hədələdiyini, zor tətbiq edərək qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçirdiyini bildirib.
Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qadının polisə bilərəkdən yalan məlumat verdiyi və heç bir quldurluq hadisəsinin baş vermədiyi müəyyən edilib.
Araşdırmalarla Ş.H.-nın ailə üzvləri ilə yaşadığı münaqişə zəminində qayçı ilə öz saçını kəsdiyi, iynə ilə üz nahiyəsinə xəsarətlər yetiridiyi və zorakılığa məruz qalması ilə bağlı polisə bilərəkdən yalan məlumat verdiyi məlum olub.
Qeyd olunanlar barədə bilərəkdən yalan məlumat verdiyini həmin şəxs özü də etiraf edib.
Hazırda faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)



.jpg)























.jpg)

.jpg)