Hadisə
Narkotikə görə saxlanılan Təranə Səmədova ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
Video əlavə olunub.
***
Xəbər verdiyimiz kimi, tanınmış prodüser Təranə Səmədova polis tərəfindən saxlanılıb.
Onun polis əməkdaşları tərəfindən saxlanılmasının səbəbi məlum olub.
Publika.az xəbər verir ki, o, iki gün əvvəl Nəsimi rayonu ərazisində narkotikə görə saxlanılaraq aidiyyəti üzrə polis bölməsinə aparılıb.
Bu zaman T.Səmədova polisə müqavimət göstərərək tabe olmamağa çalışıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokollar tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, T.Səmədovanın barəsində 400 manat məbləğində cərimə edilib.
Xatırladaq ki, aprelin 27-də T.Səmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilmiş, Abşeron Rayon Məhkəməsi onun barəsində 200 manat məbləğində cərimələnib.
Qeyd edək ki, T.Səmədova 2019-cu ildə Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Ali Məhkəmənin qərarı ilə T.Səmədova azadlığa buraxılıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)



.jpg)























.jpg)

.jpg)