Hadisə
Məscidlərin nəzir qutuları qarət edildi - FOTO
Lənkəran rayonunda məscidlərin nəzir qutularını qarət edən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az">Publika.az-a verilən məlumata görə, rayonun Tütəpeştə kənd məscidinin içərisindəki nəzir qutusunun sındırılaraq içərisindəki 120 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs “isti izlərlə” müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş, hazırda üzərində elektron nəzarət vasitəsi sayılan elektron qolbaq olan Zülfi Nəzərli olduğu müəyyən edilib. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə həmin şəxsin Seydəkəran kənd məscidinin qaşısındakı nəzir qutusunu da sındıraraq içərisindəki pulu oğurladığı müəyyən edilib.
Şöbənin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə Liman şəhər 2 saylı tam orta məktəbin anbarından ümumi dəyəri 400 manat olan 2 ədəd soba və dəmir barmaqlıları, Nərimanabad qəsəbəsindəki yaşayış evlərindən birinin həyətindən 1 ədəd su nasosu oğurlamaqda şübhəli bilinən Liman şəhər sakini Rəşad Salayev müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. PŞ-də araşdırma aparılır.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)