Hadisə
Narkotikə görə tutulan şəxs polis şöbəsində ÖLDÜ
Bu gün polis əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Rövşən Əliyev rayon polis şöbəsinə gətirilib.
DİN-dən Publika.az-a verilən məlumata görə, onun üzərindən satış məqsədilə külli miqarda narkotik vasitə aşkar olunub.
Bildirilib ki, narkotik aludəçisi R.Əliyev ilkin dindirmə zamanı qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Göstərilən səylərə baxmayaraq, o ölüb.
Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)