Hadisə
Şəmkirdə yol polisi reyd keçirdi
Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az">Publika.az-a verilən məlumata görə, təhlükəsizlik kəmərindən istifadə, konstruksiya dəyişikliyi və digər qayda pozuntularının aşkarlanması ilə bağlı keçirilən monitorinq zamanı 3 nəfərin sürücülük hüququ olmadan avtomobil idarə etməsi aşkar edilib.
Görülən qanuna müvafiq tədbirlərlə həmin “sürücülərin” hərəkəti dayandırılıb, avtomobilləri qanunla müəyyən edilmiş qaydada müvəqqəti duracağa yerləşdirilib.
Bundan başqa aparılan araşdırmalarla dayanma-durma qaydalarını kobud surətdə pozaraq, avtobus dayancaqlarında eləcə də piyada səkilərində dayanan və ya duran avtomobil sahibləri də inzibati məsuliyyətə cəlb edilib.
Davam etdirilən tədbirlərlə mühərriklərində nasazlıq olan, ətraf mühitə həddindən artıq zəzərli qaz ixrac edən 40-a yaxın avtomobil sahibləri də məsuliyyətdən yaxa qurtara bilməyib.
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu




































