Hadisə
Sevgilisinə görə özünü polis bölməsinin önündə yandırdı - VİDEO
Video əlavə olunub.
xxx
Bakıda gənc qız özünü Polis Şöbəsinin qarşısında yandırıb.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə ötən gecə Səbail Rayon Polis İdarəsinin Bayılda yerləşən 8-ci Polis Bölməsinin qarşısında baş verib. 1990-cı il təvəllüdlü Ə.Əliyeva (şərti) gecə saat 00:10 radələrində bölmənin qarşısına gələrək üzərinə benzin töküb və alışqanla yandırıb. Polis əməkdaşları müdaxilə edərək alovu söndürüblər və Ə.Əliyeva təcili tibbi yardım maşını ilə Respublika Yanıq Mərkəzinə çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl Ə.Əliyevanın qeyri-rəsmi nikahda yaşadığı 1994-cü il təvəllüdlü Ə.Quliyev (şərti) polis əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, Bayıl qəsəbəsində Ə.Quliyev sevgilisi ilə münaqişə yaradaraq ictimai yerdə asayişi pozduğunu görən polis əməkdaşları onu saxlayaraq 8-ci Polis Bölməsinə gətiriblər. Burada Ə.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.
Bundan sonra sevgilisi bölmənin qarşısına gələrək özünü yandırıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)