Hadisə
"Azərişığ"ın əməkdaşlarına cinayət işi açıldı
Azərişıq ASC-nin əməkdaşının ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
Ağcabədi rayon prokurorluğundan Publika.az">Publika.az-a verilən məlumata görə, 06.02.2022-ci il tarixdə Ağcabədi rayon sakini 1982-ci il təvəllüdlü Ehtiram Əmirovun transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Müəyyən edilib ki, Azərişıq ASC-nin Aran Regional enerji təchizatı və satışı idarəsinin Ağcabədi Elektrik şəbəkəsinin satış üzrə nəzarətçi-mühəndisi vəzifəsində işləyən Bəhrəm Quliyev qeyd edilən tarixdə saat 14 radələrində Şənlik kəndində yerləşən transformatorda baş vermiş qəza ilə əlaqədar xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, Ağcabədi Elektrik şəbəkəsinin paylayıcı şəbəkə sahəsində əvvəllər elektrik montyoru işləmiş Ehtiram Əmirova həmin transformatorun qoruyucularını təmir etməsini tapşırıb.
E.Əmirov təmir işlərinə başlamazdan əvvəl Mingəçevir Regional Elektrik Şəbəkəsi MMC-nin Ağcabədi yarımstansiyasının xidməti telefonuna zəng edərək növbətçi-dispetçer Dilqəm Məmmədova transformatoru elektrik xəttindən ayırmasını bildirdiyi halda sonuncunun səhvi nəticəsində elektrik cərəyanının ötürülməsi davam etdiyindən Ehtiram Əmirov naqillərə toxunduğu anda elektrik cərəyanının vurması nəticəsində ölüb.
Bəhrəm Quliyevə Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), Dilqəm Məmmədova isə həmin Məcəllənin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)