Hadisə
Şəhid anasını aldadıb 11 min manat aldı... - FOTO
Vətən Müharibəsi şəhidi Murad Kəlbiyevin anası Rübabə Kəlbiyevaya qarşı dələduzluq əməli törədilib.
Publika.az xəbər verir ki, Bakı şəhər sakini İlham Abdullayev şəhid anasını aldadaraq 11 min manatını ələ keçirməkdə ittiham edilir. O, R.Kəlbiyevaya vəd verib ki, oğlu Muradın adını yaşadıqları Qusar rayon Cibir kənd orta məktəbinə verdirəcək. İlham Abdullayev pulu şəhid anasından iki dəfəyə alıb.
Onun dələduzluq əməli ilə bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İ.Abdullayev hazırki cinayət işi üzrə başqa şəxslərin də pullarını mənimsəməkdə təqsirləndirilir. O, bir neçə Qusar sakinindən Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nəzdindəki qurumlara işə düzəltmək adı ilə pul alıb. Onun sakinlərə vurduğu ümumi ziyanın məbləğinin 36 min manat olduğu bildirilir.
Qeyd edək ki, Murad Kəlbiyev Vətən Müharibəsi zamanı, oktyabrın 6-da Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
(Qafqazinfo)
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi











.jpg)























.jpg)


