Hadisə
Şantajçı baş redaktorun şikayəti rədd edildi - MƏHKƏMƏ
Bakı Apellyasiya Məhkəməsində həkimi şantaj edən “www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahovun barəsində olan məhkəmə hökmündən verilən apellaysiya şikayətinə baxılıb.
Publika.az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, Namik Əmrahovun barəsində bəraət hökmünün çıxarılması ilə bağlı verdiyi apellyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namik Əmrahov 7 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, “www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahovun 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna müraciət daxil olub.
Müəyyən edilib ki, Namik Əmrahov Sabunçu rayonu, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü “www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim edib, onun barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edib, tələb etdiyi məbləğin bir qismini alıb.
İstintaq orqanı tərəfindən Namik Əmrahovun barəsində Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
(trend)
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı














.webp)



















