Salyanda iki yük maşını toqquşdu - Yaralananlar var
Bizi izləyin

Hadisə

Salyanda iki yük maşını toqquşdu - Yaralananlar var

Salyan rayonunda iki yük maşınları toqquşub, xəsarət alanlar var.

Publika.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını qarşıda hərəkət edən digər “KamAZ”ın arxa hissəsinə çırpılıb. Nəticədə Masallı rayon sakinləri - 1995-ci il təvəllüdlü Ağayev Fuad Bəybəla oğlu və 1996-cı il təvəllüdlü Rəhimov Sədail Firdovsi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm