Hadisə
Dənizdə batan 2 nəfərin meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə Publika.az FHN-ə istinadən xəbər verir.
Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1982-ci il təvəllüdlü Rəhimov Samir Rəhim oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
FHN-in daha bir məlumatına əsasən, Sumqayıt şəhərində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) batdığı ehtimal olunan vətəndaşın (şəxsiyyəti dəqiqləşdirilir) axtarışları başa çatıb.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.jpg)
























.jpg)
.jpg)
